
Snayper
Yerli cinayətkar qruplaşmanın girov götürdüyü qəhrəmanı aradan qaldırmaq üçün meşəyə aparırlar. Lakin o, ölümün bir addımlığından qaçaraq qatillərin əlindən xilas olmağı bacarır. Soyuqqanlılığını qoruyan adam meşədən sağ çıxır və yenidən şəhərə qayıdır.
Eyni zamanda həyatında baş verənlərə görə çarəsiz qalan qadın snayper silahını əlinə almaq məcburiyyətində qalır. Təhlükələrə artıq öyrəşən qəhrəman qarşısına qoyduğu məqsədi və ona necə çatacağını aydın şəkildə bilir. İntiqam və arzuladığı hədəf yolunda başqalarının canı onun üçün heç bir əhəmiyyət kəsb etmir.
Özbəkistan istehsalı olan «Snayper» dramatik döyüş filmi 2019-cu ildə çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Ozod Şamsdır, əsas rolları isə Uluqbəy Qadırov, Doğukan Ərdəm Qutlu, Mənsur Mirzə və Bəkzod Məhəmmədkərimov canlandırıb.
«Snayper» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 dekabr 2019
- Ölkə
- Özbəkistan
- Rejissor
- Ozod Şams
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın