
Paris sirləri
Zadəgan markiz Rudolf qayğısız bir ömür sürür, qadınlara vaxt ayırır, duellərə çıxır və tez-tez mərcə girir. Bu cür əyləncələrin biri günahsız bir şəhər sakininin ölümü ilə nəticələnir. Həmin şəxsin dul qalmış arvadı yoxsulluq içində dünyasını dəyişir, gənc və gözəl qızı isə paytaxtın təhlükəli küçələrində yoxa çıxır.
Baş verən faciədə özünü təqsirkar bilən markiz qızı tapıb xilas edəcəyinə söz verir. Rudolf sadə xalq nümayəndəsi kimi geyinərək şəhərin qaranlıq məhəllələrinə yollanır. Parisin təhlükələrlə, gizli planlarla və intriqalarla dolu yeraltı dünyasına daxil olan zadəgan addım-addım axtarışlarını davam etdirir.
1962-ci ildə Fransa və İtaliya istehsalı olan «Paris sirləri» macəra dramının rejissoru Andre Yünebelldir. Filmdə əsas obrazları Jan Mare, Dani Roben, Cill Havort və Raymon Pelleqren canlandırıb.
«Paris sirləri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 oktyabr 1962
- Rejissor
- Andre Yünebel
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın