
Üsyankar
Kamal həyatında yeni səhifə açmaq məqsədilə Belçikanı tərk edərək Suriyadakı müharibə qurbanlarına yardım etməyə yollanır. O, anası Leylaya dəstək olmağı kiçik qardaşı Nəsimə tapşırır. Lakin təyinat yerinə çatdıqdan sonra yerli silahlı radikal qruplaşmaya qoşulmaq məcburiyyətində qalır.
Evdə qalan Nəsim isə böyük qardaşını xilas edib geri gətirmək üçün hər yola əl atır. Bu canfəşanlıq yeniyetmənin özünü də təhlükəyə atır və o, radikal qüvvələrin asan hədəfinə çevrilir. İndi ana hər vəchlə kiçik oğlunu bu təhlükəli yoldan qorumağa çalışır.
«Rebel» adlı dramatik triller filmi rejissorlar Adil El Arbi və Bilal Fallah tərəfindən lentə alınıb. Belçika, Fransa və Lüksemburqun birgə istehsalı olan bu ekran işi 2022-ci ildə nümayiş etdirilib. Əsas rolları Abubakr Bensaihi, Lubna Azabal, Tara Abboud və Younes Bouab canlandırıblar.
«Üsyankar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 may 2022
- Ölkə
- Fransa, Belçika, Lüksemburq
- Rejissor
- Adil El Arbi, Bilal Fallah
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Dublyaj, Orijinal, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 135 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın