
Qatil-qoruyucu
İ-qanın həyat yoldaşı rəfiqəsi ilə birgə Çecu adasına istirahətə yollanır və ərindən tanışının on yeddi yaşlı qızına göz-qulaq olmağı xahiş edir. Bu vəzifədən elə də məmnun qalmayan kişi yeniyetmənin gecəni sinif yoldaşının evində keçirməsinə tərəddüd etmədən icazə verir. Lakin həmin gecə gənc qız cinayətkarlarla qarşılaşır və böyük təhlükəyə düşür.
İ-qan onu yerli quldurların əlindən qurtarmaq məcburiyyətində qalır. Plana mane olunduğunu görən cinayətkar qruplaşma isə qisas almaq məqsədilə baş vermiş qətli onun boynuna atmağa çalışır. Beləliklə, törətdikləri əməllərə görə mafiya üzvləri özləri amansız hədəfə çevrilirlər.
Cənubi Koreya istehsalı olan «Qatil-qoruyucu» döyüş filmi 2022-ci ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Çhve Cə-hundur, baş rolları isə Çan Hyok, Li So-yon, Li Sın-cun və Brüs Xan canlandırıblar.
«Qatil-qoruyucu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 aprel 2022
- Ölkə
- Cənubi Koreya
- Rejissor
- Çhve Ce-hun
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Pazl Voice, Lucky Production, АрхиAsia
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın