
13 gün, 13 gecə
2021-ci ildə ABŞ hərbi qüvvələri Əfqanıstanı tərk etdikdən sonra paytaxt Kabil sürətlə “Taliban”ın nəzarətinə keçməyə başlayır. Şəhərdəki Fransa səfirliyinin binası yüzlərlə çarəsiz insan üçün son sığınacaq yerinə çevrilir. Ərazidə təhlükəsizliyi təmin etmək vəzifəsi isə Məhəmməd Bidanın rəhbərlik etdiyi xüsusi təyinatlı kiçik bir qrupa həvalə olunur.
Səfirlik mühasirəyə alındıqda komandir Bida öz həyatını təhlükəyə ataraq dinc sakinləri xilas etmək qərarına gəlir. O, beş yüzə yaxın insanı qarışıqlıq və xaosun hökm sürdüyü küçələrdən keçirərək hava limanına çatdırmaq üçün mürəkkəb təxliyə planını həyata keçirməlidir.
“13 gün, 13 gecə” (13 jours, 13 nuits) hərbi dram filmi 2025-ci ildə Fransa və Belçika kino ustalarının birgə əməyi ilə ərsəyə gətirilib. Ekran əsərinin rejissoru Marten Burbulondur, əsas rolları Roşdi Zem, Lina Kudri, Sidse Babett Knudsen və Kristof Montene canlandırırlar.
«13 gün, 13 gecə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 may 2025
- Rejissor
- Marten Burbulon
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Dublyaj, Peşəkar çoxsəsli, Orijinal, Колобок, Профессиональный (многоголосый закадровый), Мосфильм Мастер
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 112 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın