
Tristan və İzolda
«Tristan və İzolda» filmi İrlandiya kralının ordusuna qarşı aparılan qanlı mübarizə dövrünü əks etdirir. Lord Markın himayəsində böyüyən cəsur döyüşçü Tristan düşmən qüvvələrinə qarşı vuruşur. Ağır yaralanan gənc İrlandiya sahillərinə düşür və burada onu düşmən hökmdarın qızı İzolda tapıb sağaldır. Qısa müddətdə bu iki gəncin qəlbində güclü bir sevgi yaranır.
İrlandiya kralı Britaniya lordlarından biri ilə sülh bağlamaq üçün qızını cəngavər turnirinin qalibinə ərə verəcəyini elan edir. Turnirə qatılan Tristan qələbə qazanır. Lakin qələbənin şərtinə görə İzolda Tristanın özünə deyil, onu böyüdüb boya-başa çatdıran lord Marka həyat yoldaşı olmalıdır.
Ekran əsərinin quruluşçu rejissoru Kevin Reynoldsdur. Əsas rolları Ceyms Franko, Sofiya Mayls, Rufus Syuell və Devid O’Hara canlandırıblar. 2006-cı il istehsalı olan layihə ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya, İsveçrə və İrlandiyanın birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.
«Tristan və İzolda» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 yanvar 2006
- Rejissor
- Kevin Reynolds
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Профессиональный (многоголосый закадровый)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 125 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın