
Qatil
Dubayda taksi sürən hindistanlı Nixil növbəti iş gününü başa vurmağa hazırlaşır. Lakin avtomobilinə Vikram adlı qəribə bir sərnişinin əyləşməsi onun bütün planlarını alt-üst edir. Sürücü həmin şəxsin törətdiyi silsilə qətllərin birbaşa şahidinə çevrilir.
Məlum olur ki, sifarişli qatil mafiya lideri Qabbara qarşı ifadə vermək istəyən şahidləri bir-bir aradan qaldırır. Gedişat zamanı Nixil anlayır ki, baş verənləri gördüyü üçün muzdlu qatil onu da sağ buraxmaq niyyətində deyil.
Hindistan istehsalı olan «The Killer» döyüş və kriminal dram janrında 2006-cı ildə çəkilib. Filmin rejissor kürsüsünü Hasnan Hiderabadvala və Rakşa Mistri bölüşür. Əsas rollarda İrfan Xan, Əmran Haşmi, Nişa Kotxari və Bxarti Açrekar çəkiliblər.
«Qatil» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 iyul 2006
- Ölkə
- Hindistan
- Rejissor
- Həsnan Hiderabadvala, Rakşa Mistri
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Türkçe altyazılar
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 117 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın