
Mələk
İki il həbs cəzası çəkdikdən sonra azadlığa çıxan Abhay adlı gənc keçmişin kölgəsindən xilas ola bilmir. Azadlığa çıxar-çıxmaz polislər tərəfindən döyülən gəncin xatirələrində bir nəfərin ölümü ilə nəticələnən dəhşətli motosiklet qəzası canlanır. Törətdiyi əmələ görə peşmançılıq çəkən Abhay həyatını itirən şəxsin qızı Sonalı tapıb ondan üzr istəməyi qərara alır.
Atasının ölümünə səbəb olan gənclə qarşılaşan Sonal əvvəlcə qəzəb və hiddət göstərsə də, zaman keçdikcə onun səmimiyyətini görüb yumşalır. Günahını yumağa çalışan Abhay qıza qayğı göstərməyə başlayır və aralarında sevgi yaranır. Lakin hər şeyin yolunda getdiyi bir vaxtda baş verən gözlənilməz hadisə onların həyatını yenidən alt-üst edir.
«Mələk» (Angel) adlı döyüş və dram filmi 2011-ci ildə Hindistanda istehsal olunub və rejissor Qaneş Açariya tərəfindən lentə alınıb. Ekran əsərində əsas rolları Samit Arora, Arun, Raakesh Babu və Prem Kişen Drivedi canlandırır.
«Mələk» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 fevral 2011
- Ölkə
- Hindistan
- Rejissor
- Qaneş Açariya
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Red Media
- Müddət
- 114 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın