
Polis komissarı ittiham edir
1930-cu illərin sonlarında general Antonesku rejiminin idarə etdiyi Rumıniyada siyasi vəziyyət gərginləşir. Hakimiyyətə can atan «Dəmir qvardiya» üzvləri öz rəqiblərini gizlicə aradan qaldırır və «Viraqa» həbsxanasında məhbusları kütləvi şəkildə qətlə yetirirlər. Hadisə ictimaiyyətə məlum olduqdan sonra təşkilatçılar bu cinayəti kommunistlərin üzərinə atmağa çalışır və yoxlamanı siyasətdən uzaq duran komissar Miklovana tapşırırlar.
İstintaqa rəsmi xarakter vermək istəyən qruplaşmanın planı çox keçmədən puç olur. Təcrübəli müstəntiq saxtakarlığı dərhal anlayır və təzyiqlərə baxmayaraq həqiqəti üzə çıxarmağa başlayır. Təslim olmaq niyyətində olmayan legionerlər Miklovanı və onun doğmalarını hədəfə alırlar. Silahdan məharətlə istifadə edən komissar isə ona tələ quran cinayətkarlara qarşı təkbaşına mübarizəyə girişir.
1974-cü ildə çəkilmiş «Polis komissarı ittiham edir» (Un comisar acuzã) filminin rejissoru və baş rol ifaçısı Serciu Nikolaeskudur. Rumıniya istehsalı olan bu kriminal dramda həmçinin George Dinike, İon Besoyu və Emmerix Şeffer kimi aktyorlar yer alıb.
«Polis komissarı ittiham edir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 aprel 1974
- Ölkə
- Rumıniya
- Rejissor
- Serciu Nikolaesku
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 114 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın