
Fantom
2008-ci ilin noyabrında Mumbay şəhərində baş vermiş dəhşətli terror aktı iki yüzə yaxın insanın həyatına son qoydu və yüzlərlə sakini yaraladı. Hücumun arxasında «Ləşkəri-Tayba» adlı radikal təşkilat dayanırdı. Hindistan istehsalı olan «Fantom» filmi məhz bu qanlı hadisələrin ardınca baş verən cavab addımlarından bəhs edir.
Gizli tapşırıq alan hindistanlı hərbçilər gizli şəkildə Pakistan torpaqlarına daxil olurlar. Onların əsas məqsədi amansız terror hücumunun təşkilatçılarını bir-bir tapıb zərərsizləşdirmək və təhlükəli qruplaşmanın rəhbərliyini məhv etməkdir.
2015-ci ildə ekranlara çıxan bu döyüş filminin rejissoru Kabir Kxandır. Layihənin baş rollarında Saif Əli Xan, Katrina Kaif, Sabyasaçi Çakraborti və Raceş Tailanq çəkiliblər.
«Fantom» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın