
Mobil
Naməlum şəxslər Cessikanı qaçıraraq çardaqda dustaq edirlər. Qadının kömək çağırmaq üçün yeganə ümidi güclə işləyən köhnə telefon aparatına qalır. Təsadüfi nömrə yığan Cessika tanımadığı Rayan adlı gənclə əlaqə qurur və oğurlandığını, cinayətkarların onu, həmçinin əri ilə oğlunu öldürmək niyyətində olduğunu bildirir.
Cessika harada saxlanıldığını dəqiq bilmir, Rayanın mobil telefonunun enerjisi isə getdikcə tükənir. Qadını yalnız təlaşlı səsindən tanıyan Rayan kəsilən siqnal problemləri ilə mübarizə apararaq dəhşətli cinayətin qarşısını almaq üçün vaxtla yarışmalı olur.
«Mobil» (Cellular) filmi rejissor Devid R. Ellis tərəfindən lentə alınıb. ABŞ və Almaniyanın birgə istehsalı olan bu döyüş və kriminal triller 2004-cü ildə nümayiş olunub. Əsas obrazları Kim Beysinger, Kris Evans, Ceyson Stethem və Uilyam H. Meysi canlandırıblar.
«Mobil» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 sentyabr 2004
- Rejissor
- Devid R. Ellis
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın