
Hardkor
Elmi laboratoriyada gözlərini açan Henri yanında həyat yoldaşı Esteli görür. Yaddaşında yalnız xoşbəxt ailə həyatı qalan qəhrəmanın vəziyyəti anlamağa vaxtı olmur. Akan adlı naməlum şəxs qəfildən qadını qaçırır və Henri dərhal onun ardınca düşməyə məcbur qalır.
Esteli xilas etməyə çalışan Henri öyrənir ki, Akan ilə düşmənçilik edən təkcə o deyil. Çox keçmədən onun qarşısına həmin bədxahla bağlı öz planları olan Cimmi çıxır. Beləliklə, yoldaşlar qadını geri qaytarmaq və kiborqlar ordusu ilə vuruşmaq üçün qüvvələrini birləşdirirlər.
«Hardkor» adlı fantastik döyüş filmi 2016-cı ildə rejissor İlya Nayşuller tərəfindən çəkilib. ABŞ və Rusiya istehsalı olan ekran əsərində baş rolları Şarlto Kopli, Danila Kozlovski, Heyli Bennet və Andrey Dementyev canlandırıb.
«Hardkor» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 sentyabr 2015
- Rejissor
- İlya Nayşuller
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Гоблин, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın