
Küləklə danışanlar
İkinci Dünya müharibəsi illərində Sakit okean cəbhəsində ABŞ və Yaponiya arasında gərgin döyüşlər gedir. Yapon kəşfiyyatı amerikalıların gizli radio rabitəsini asanlıqla oxuyur. Çıxış yolu axtaran ABŞ rəhbərliyi şifrələmə üçün yüzlərlə navaho hindusunu orduya cəlb edir və onların ana dilindən gizli kod kimi istifadə etməyə başlayır.
Dəniz piyadası Co Endersə navaho rabitəçisi Ben Yahzini qorumaq tapşırığı verilir. Lakin onun əsas vəzifəsi gizli kodu xilas etməkdir. Düşmən rabitəçini əsir götürmək təhlükəsi yaratsa, Enders sirrin açılmaması üçün hətta öz silahdaşını öldürməlidir.
«Küləklə danışanlar» (Windtalkers) hərbi filmi 2002-ci ildə ABŞ-da rejissor Con Vu tərəfindən çəkilib. Tarixi dram janrında olan filmin əsas rollarında Nikolas Keyc, Adam Biç, Peter Stormare və Noa Emmerix çıxış edirlər.
«Küləklə danışanlar» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın