
Son anda
Sadə mühasib altıyaşlı qızı ilə birlikdə tanımadığı şəhərdə qatardan düşdüyü an gözlənilməz tələyə düşür. Naməlum şəxslər onun övladını qaçıraraq amansız bir tələb irəli sürürlər. Qızının sağ qalması üçün ata dövlət rəsmisini qətlə yetirməyə məcbur edilir.
Cinayətkarlar ona altı gülləsi olan tapança verir və addım-addım onu izləyirlər. Verilən tapşırığın yerinə yetirilməsi üçün isə cəmi doxsan dəqiqə vaxt ayrılır. Daim nəzarət altında olan çarəsiz ata vaxt daraldıqca tələdən çıxış yolu axtarmalı olur.
Rejissor Con Bedemin çəkdiyi «Son anda» (Nick of Time) filmi 1995-ci ildə ABŞ-da istehsal olunub. Gərgin süjetli dramatik trillerdə baş rolları Kristofer Uoken, Robert DeLeon, Qloriya Ruben və Qreq Bronson canlandırıb.
«Son anda» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın