
Dəmiryol pələngləri
1941-ci ilin qışında Yaponiya Cənub-Şərqi Asiyada işğal zonasını genişləndirir. Şərqi Çində yerləşən Tyantszin və Nankin arasındakı dəmir yolu xətti yapon ordusunun hərbi yüklərini daşımaq üçün əsas marşruta çevrilir və güclü mühafizə altına alınır. Dəmiryolçu Ma Yuan yerli sakinlərdən ibarət gizli dəstə qurur. Qatar yollarının incəliklərinə bələd olan bu insanlar hərbi qatarlara basqın edir, ələ keçirdikləri ərzaqları ac qalan əhaliyə paylayır və camaat arasında «dəmiryol pələngləri» kimi tanınırlar.
Yapon ordusu Şandun əyalətinə əlavə qüvvələr göndərməyə başlayanda müqavimətçilər çətin vəziyyətə düşürlər. Düşmənin bu addımının qarşısını almaq üçün Ma Yuan və yoldaşları son dərəcə təhlükəli bir plan hazırlayırlar. Onlar hərbçilər tərəfindən ciddi şəkildə qorunan strateji dəmir yolu körpüsünü partlatmağı qərara alırlar.
«Dəmiryol pələngləri» tarixi hərbi döyüş filmi rejissor Din Şen tərəfindən lentə alınıb. 2016-cı ildə Çində istehsal edilmiş ekran əsərinin əsas rollarında Na Vey, Alan Nq, Şoun H. Robertson və Van Kay çıxış edir.
«Dəmiryol pələngləri» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın