
Riaru onigokko
Məktəb ekskursiyasına yollanan şagirdlərin səfəri gözlənilməz faciə ilə nəticələnir. Mitsuko adlı gənc qız sinif yoldaşları ilə avtobusda gedərkən qələmini yerə salır. O, qələmi götürmək üçün əyildiyi anda naməlum bir qüvvə avtobusu tən ortadan kəsir və oradakı hər kəs həlak olur.
Təsadüf nəticəsində sağ qalan Mitsuko baş verən dəhşəti anlamağa çalışır. Ətrafdakı hadisələr gedişatın heç də adi olmadığını göstərir. Zamanla məlum olur ki, qəhrəmanın həyatı digər insanlardan tamamilə fərqlidir və arxasında böyük sirlər gizlənir.
Yaponiya istehsalı olan «Riaru onigokko» adlı qorxu və fantastika filmini 2015-ci ildə rejissor Sion Sono çəkib. Ekran əsərinin baş rollarında İzumi, Sayaka İsoyama, Miku Sano və Arisa Sakamoto çıxış edirlər.
«Riaru onigokko» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın