
Feybl
Tokioda fəaliyyət göstərən Feybl ləqəbli muzdlu qatil peşəkarlığı ilə böyük şöhrət qazanıb və gənc cinayətkarlar onunla qarşılaşmağı arzulayırlar. Günlərin bir günü rəhbəri Feybla bir illik fasilə verməyi və Osakaya köçərək qanunlara tabe olan sadə vətəndaş kimi yaşamağı tapşırır.
Borclarını bağlamaq istəyən yerli yaqudza ona qalmağa yer verir, tərəfdaşı isə onun saxta bacısı roluna girir. Yeni mühitə uyğunlaşmağa çalışan qatil Misaki adlı yerli xanımla tanış olur və onun köməyi ilə adi ofis işinə düzələrək dinc həyata alışmağa çalışır.
Yaponiya istehsalı olan bu cinayət komediyası və döyüş filmini rejissor Kan Equti ərsəyə gətirib. 2019-cu ildə çıxan ekran işində əsas rolları Fumino Kimura, Koiçi Sato, Daysuke Miyaqava və Osamu Mukai canlandırıblar.
«Feybl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2019
- Ölkə
- Yaponiya
- Rejissor
- Kan Eguchi
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Həvəskar ikisəsli
- Müddət
- 123 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın