
Ədalət: Son hökm
Cinayətkar dəstələrin toplantısı zamanı qətl baş verir və bu hadisədə qanunsuz qruplaşma rəhbəri Çiman Bhay, nazir Caqat Narayan və polis zabiti Lokhande əlbir olur. Yaxınlıqda piknik keçirən məktəblilər və onların müəlliməsi Arti Sinqh təsadüfən cinayəti görürlər. Şahidləri aradan qaldırmaq istəyən cinayətkarlar həm uşaqları, həm də müəlliməni amansızlıqla öldürürlər. Bütün ölkədə etiraz doğuran bu hadisədən sonra orqanlara cinayətkarları dərhal tutmaq tələbi qoyulur.
Öldürülən qadının qardaşı, müfəttiş Vicay Sinqh qatillərin axtarışına başlayır. Polis komissarı ilə plan hazırlayan zabit cinayətkarları tələyə salmaq qərarına gəlir. Onlar Vicayın rəfiqəsi Divyanı hadisənin yeganə canlı şahidi kimi təqdim edirlər ki, qatillər özlərini büruzə versinlər.
1997-ci il istehsalı olan Hindistan filmi «Insaaf: The Final Justice» rejissor Daval Nihalani tərəfindən ekranlaşdırılıb. Filmin əsas rollarında Akşay Kumar, Alok Nath, Dineş Hinqu və Anil Naqrat çəkiliblər.
«Ədalət: Son hökm» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1997
- Ölkə
- Hindistan
- Rejissor
- Dhaval Nihalani
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Türkçe altyazılar
- Müddət
- 155 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın