
Merkuri təhlükədədir
Doqquz yaşlı Saymon heç kimin aça bilmədiyi milyard dollarlıq dövlət şifrəsini adi kitab kimi oxumağı bacarır. "Merkuri" adlı bu gizli kodun sındırılması ölkənin təhlükəsizlik sistemini çıxılmaz vəziyyətə salır. Layihənin rəhbəri Nik Kudrou sirrin kənara çıxmaması üçün xüsusi istedadı olan bu uşağı aradan qaldırmaq əmri verir.
Saymonun müdafiəsinə FTB əməkdaşı Art Ceffris qalxır. Qaniçən təqibçilərdən gizlənən agent və balaca oğlan artıq heç kimə etibar edə bilməyəcəklərini başa düşürlər. Ceffris hər ikisini xilas etmək və təhlükəni sovuşdurmaq üçün uşağın qeyri-adi bacarığından yararlanmaq qərarına gəlir.
1998-ci ildə ABŞ-da istehsal olunmuş "Merkuri təhlükədədir" triller filminin rejissoru Harold Bekkerdir. Ekran əsərində baş rolları Brüs Uillis, Alek Bolduin, Miko Hyuz və Çi MakBrayd canlandırıblar.
«Merkuri təhlükədədir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 aprel 1998
- Ölkə
- ABŞ
- Rejissor
- Harold Bekker
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Dublyaj, Peşəkar çoxsəsli, Orijinal, Peşəkar ikisəsli, Живов, Birsəsli kadrarxası, Профессиональный (многоголосый закадровый)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 111 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın