
İdeal tətil
Bir-birini heç tanımayan bir qrup insan gözlərini kimsəsiz bir adada açır. Çox keçmir ki, onlar bura təsadüfən düşmədiklərini anlayırlar. Naməlum şəxslər orqan oğurluğu məqsədilə adada olan bu insanların izinə düşərək onları təqib etməyə başlayırlar.
Sağ qalmaq istəyən qəhrəmanlar amansız ovçulardan qaçmaq və adadan xilas olmaq üçün yollar axtarırlar. Naməlum ərazidə gizlənmək heç də asan olmur və atılan hər addım yeni təhlükə ilə nəticələnir. Təqibçilərin caynağından qurtulmaq üçün onlar birlikdə hərəkət etmək məcburiyyətində qalırlar.
«A Perfect Vacation» filmi döyüş, triller və qorxu janrlarının qarışığından ibarətdir. 2015-ci ildə ABŞ-da istehsal olunmuş ekran əsərinin rejissoru Mark Atkinsdir. Əsas rolları Maykl Kopon, Nataliya Bern, Ceyson London və Rayan Sanson canlandırıblar.
«İdeal tətil» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2015
- Ölkə
- ABŞ
- Rejissor
- Mark Atkins
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın