
Amsterdam kabusu
Niderland paytaxtının su kanallarında qəfil və qəddar cinayətlər silsiləsi baş verir. Şəhər sularında insanları hədəf alan naməlum qatilin amansız hərəkətləri polisi çaş-baş qoyur. Hadisənin araşdırılması detektiv Erik Visserə tapşırılır və o, bu qətllərin arxasındakı səbəbləri üzə çıxarmağa çalışır.
Hücumların amansız və məntiqsiz olması istintaqın irəliləməsinə mane olur. Buna baxmayaraq, Erik köməkçisi və Laura adlı gənc qadının dəstəyi ilə cinayətkarın izinə düşməyi bacarır. Onlar addım-addım qatilin kimliyinə yaxınlaşırlar.
«Amsterdam kabusu» (Amsterdamned) filmi 1988-ci ildə Niderlandda rejissor Dik Mas tərəfindən çəkilib. Ekran əsərində əsas rolları Flip Filts, Monik van de Ven, Rene Lobo və Dor van Bukkel canlandırıblar.
«Amsterdam kabusu» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın