
Kölgə ovçusu layihəsi
Gizli laboratoriyadan qaçan və hazırlanması bir milyard dollara başa gələn Romulus adlı android terrorçu qruplaşmasına rəhbərlik edir. Cinayətkarlar xəstəxananı ələ keçirərək pasiyentləri girov götürürlər. Əsirlərin arasında ölkə prezidentinin qızı da var və qrup əlli milyon dollar məbləğində fidyə tələb edir.
FTB binanı tanıyan memarın köməyinə ehtiyac duyur, lakin həmin mütəxəssis kriogen həbsxanasında ömürlük cəza çəkir. Azadlıq vədi ilə dondurucudan çıxarılan şəxs əslində memar deyil, Maykl adlı keçmiş futbolçudur. Xüsusi təyinatlı dəstə ilə birlikdə xəstəxanaya daxil olan Maykl pusquya düşür və bütün döyüşçülər məhv edilir, o isə qatil robot və cinayətkarlarla təkbaşına qalır.
ABŞ və Kanada istehsalı olan «Kölgə ovçusu layihəsi» (Shadowchaser) adlı fantastik döyüş filmi 1992-ci ildə nümayiş olunub. Filmin rejissoru Con Eyrsdir, əsas rolları isə Enci Hill, Reymond Evans, Robert Friman və Con Çenser canlandırıblar.
«Kölgə ovçusu layihəsi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın