
Mühasirə
Bruklin küçələrində sərnişin avtobusunun partladılması Nyu-Yorkda silsilə terror aktlarının başlanğıcı olur. Cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq FTB-nin antiterror bölməsinin rəhbəri Entoni Habbarda tapşırılır. Çox keçmədən bu işə ərəb icması ilə sıx əlaqələri olan və dəyərli kəşfiyyat məlumatlarına malik Mərkəzi Kəşfiyyat İdarəsinin gizli agenti Eliza Kraft da qoşulur.
İki qurum birlikdə çalışsa da, şəhərdə törədilən hücumların qarşısını almaq çətinləşir. Təhlükəsizlik tələb edən ictimaiyyətin təzyiqi fonunda ABŞ prezidenti fövqəladə vəziyyət elan edir və orduya müraciət edir. Şəhərdə hərbi qayda-qanun yaratmaq məqsədilə prosesə general Uilyam Deveronun rəhbərlik etdiyi silahlı qüvvələr cəlb olunur.
1998-ci ildə ABŞ-da istehsal olunmuş «Mühasirə» (The Siege) filminin rejissoru Edvard Svikdir. Ekran əsərində baş rolları Denzel Vaşinqton, Brüs Uillis, Vud Harris və Con Rotmen canlandırıb.
«Mühasirə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1998
- Ölkə
- ABŞ
- Rejissor
- Edvard Svik
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 116 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın