
Gecə gəzintisi
Ateist olan amerikalı Frenk sevdiyi ərəb qızı Saraya evlilik təklifi etmək üçün onun vətəninə yollanır. Lakin orada cütlük rüşvətxor polislər tərəfindən saxlanılır. Asayiş keşikçiləri pul tələb etdikdən sonra Saranı qətlə yetirir, bütün cinayəti isə Frenkin üzərinə atırlar.
Həbsxanaya düşən Frenk burada müsəlman kamera yoldaşının təsiri ilə daxili dəyişiklik yaşayır. Hakimin törətdiyi cinayətin şahidi olan dostu qətlə yetirildikdə isə vəziyyət daha da təhlükəli hal alır. Növbəti qurban olmaq istəməyən Frenk azadlığa qaçmaq məcburiyyətində qalır.
«Night Walk» filmi 2019-cu ildə ABŞ-da çəkilmiş kriminal dram və trillerdir. Rejissor kürsüsündə Əziz Tazi əyləşib. Əsas rolları Rod Şauki, Rikko Ross, Ceyms Kox və Frenk Herrero canlandırıblar.
«Gecə gəzintisi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın