
Tanrının zirehi 2: Kondor əməliyyatı
Asiya Qartalı ləqəbli qəhrəman növbəti mürəkkəb tapşırığı qəbul edərək yenidən Madridə yollanır. Sirli bir milyonçu ona Afrika səhrasında basdırılmış nasist qızıllarını tapmağı təklif edir. Sifarişçi xərcləri ödəməklə yanaşı gizli anbarın açarını təhvil verir və qəhrəmanın yanına Afrika üzrə mütəxəssis olan Ada adlı köməkçi qoşur.
İspaniyada olarkən qəhrəman alman qızı Elza ilə tanış olur. Elza müharibə vaxtı Afrikada yoxa çıxmış babasını axtarır. Şəhərdə baş verən təhlükəli macəralardan sonra Elza da xəzinə axtarışı heyətinə daxil olur.
«Tanrının zirehi 2: Kondor əməliyyatı» adlı Honkonq istehsalı döyüş filmi 1991-ci ildə nümayiş olunub. Filmin rejissoru baş rolu da canlandıran Ceki Çandır. Digər əsas rollarda Kerol Çen, Yeva Kobo və Şoko İkeda çəkiliblər.
«Tanrının zirehi 2: Kondor əməliyyatı» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın