
Üçqat təhlükə
Tayland cəngəlliklərində terrorçu liderini xilas edən muzdlu dəstə bütün düşərgəni partladaraq yerli döyüşçülər Payu və Feyin həyatını təhlükəyə atır. Xilas olmağı bacaran bu iki nəfər qaydasız döyüşlərdə iştirak etməklə pul qazanmağa çalışır. Həmin basqında həyat yoldaşını itirən və qisas almaq istəyən Caka onları tapır, lakin birgə gecədən sonra Payu və Fey polis bölməsinə düşürlər.
Eyni vaxtda həmin muzdlular var-dövlətini cinayətkarlıqla mübarizəyə xərcləmək istəyən varlı xanım Syanı aradan qaldırmağa cəhd edirlər. Mühafizəçilərini itirən gənc qadın möcüzə nəticəsində Payu və Feyin saxlanıldığı həmin polis məntəqəsinə sığınır. Beləliklə, yolları kəsişən döyüşçülər qadını qorumaq üçün amansız qatillərə qarşı durmalı olurlar.
«Triple Threat» filmi 2018-ci ildə ABŞ, Çin və Tayland istehsalı olaraq ekranlara çıxıb. Döyüş janrındakı filmin rejissoru Cessi Consondur, rollarda isə Ron Smurenburq, Panayakorn Sornmayura, Selina Lo və Yanin Vismitananda çəkiliblər.
«Üçqat təhlükə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2018
- Rejissor
- Cessi Conson
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın