
Nameyin üzüyü
Roma Papası qəddar xarakteri ilə seçilən nikahdankənar oğlu Maksa şimala getməyi tapşırır. Onun vəzifəsi xristian dinini qəbul etməyən azadlıqsevər zemqal tayfasını itaət altına almaq olur. Qəsbin asan başa gələcəyini düşünən Maks yerli hökmdarı öldürür və hakimiyyəti ələ keçirməyə çalışır.
Lakin ölüm ayağında olan monarx taxt-tacın simvolu sayılan üzüyü fərasətli bir sadə vətəndaşa, Nameyə ötürür. Beləliklə, gənc lider xalqını arxasınca aparmaq və torpaqlarını yadellilərdən qorumaq məcburiyyətində qalır. Eyni zamanda o, bu mövqeyə göz dikən digər düşmənlərlə də mübarizə aparır.
2018-ci il istehsalı olan «Nameyin üzüyü» tarixi filminin quruluşçu rejissoru Aiqars Qraubadır. Böyük Britaniya və Latviyanın birgə layihəsində baş rolları Eqons Dombrovskis, Kristofer Deyn, Zeyn Lemeyn və İvo Martinsons canlandırıb.
«Nameyin üzüyü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2018
- Ölkə
- Böyük Britaniya, Latviya
- Rejissor
- Aiqars Qrauba
- Keyfiyyət
- 480p
- Tərcümədə
- SDI Media
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın