
Yararsızlar
Qazaxıstan çöllərində bir vaqonda gizlənən istedadlı haker Brü Reynols virtual aləmdə ekstremistlərin saytlarını sıradan çıxarır. Özünü qanunsuzluğa qarşı mübariz adlandıran Dryu bu dəfə xəbər portalı adı altında fəaliyyət göstərən terrorçu şəbəkəsini hədəf alır. Dağıtdığı səhifədə ABŞ bayrağını yerləşdirdikdən dərhal sonra onun izinə düşürlər. Xüsusi təyinatlılar gizləndiyi yeri mühasirəyə alır və gənc oğlan yaxalanır.
Ələ keçirilən haker MKİ-nin məxfi qərargahına gətirilir. Həmin ərəfədə terrorçular Çikaqonun enerji sistemini sıradan çıxararaq milyonlarla insanı işıqsız qoyub, agentlər isə zərərli kodun şifrəsini itiriblər. Dryuya iki yol təklif olunur: o, ya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməli, ya da ömrünün sonuna kimi həbsxanada qalmalıdır.
«The Throwaways» döyüş, triller və komediya janrlarını birləşdirən ABŞ istehsalı filmdir. 2015-ci ildə ekranlara çıxan ekran əsərinin rejissoru Toni Buydur. Əsas rollarda Liann Suter, Piter Bruk, Keti Makqrat və Kristian Hilborq çəkiliblər.
«Yararsızlar» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın