
Agent Hamilton: Millətin maraqları naminə
İsveç xüsusi xidmət orqanının əməkdaşı Karl Hamilton Özbəkistan və Əfqanıstan sərhədində gizli tapşırıq icra edir. O, İsveçin «Nordfors» şirkətinə məxsus idarəolunan artilleriya mərmilərini ələ keçirmiş rus mafiyasının sıralarına daxil olur. Lakin gözlənilməz hücum nəticəsində naməlum muzdlular Hamiltondan başqa hamını öldürərək silahları qaçırırlar.
Eyni vaxtda Somalidə isveçli silah mühəndisi girov götürülərək həbsxanaya salınır. Hökumət bu problemi həll etmək üçün Amerikanın «Sectragon» adlı özəl mühafizə şirkəti ilə razılaşır və Hamiltonu prosesə nəzarətçi təyin edir. Xilasetmə əməliyyatına qoşulan agent hər şeyin göründüyü kimi olmadığını anlayır və həqiqəti üzə çıxarmağa çalışır.
«Agent Hamilton: Millətin maraqları naminə» filmi 2011-ci ildə İsveçdə istehsal olunub. Rejissor Ketrin Vindfeldin çəkdiyi döyüş və triller janrlı ekran əsərində Peter Andersson, Qustaf Hammarsten, Lennart Yulströvm və Sedrik Prust rol alıb.
«Agent Hamilton: Millətin maraqları naminə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2011
- Ölkə
- İsveç
- Rejissor
- Kathrine Windfeld
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 109 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın