
İtirilmiş şəhər
Arxeoloq ərinin vəfatından sonra qapalı həyat tərzi sürən Lorett Seyc macəra və sevgi romanları yazır. Əsərlərindəki hadisələr uzaq və ekzotik məkanlarda cərəyan edir, baş qəhrəmanın tərəfdaşı isə hər zaman yaraşıqlı Deş olur. Kitabların üz qabığı üçün isə oxucuların sevimlisinə çevrilmiş model Alan çəkilir.
Yeni kitabın təqdimatından dərhal sonra Lorett qəribə xasiyyətli bir milyarder tərəfindən qaçırılır. Həmin şəxs inanır ki, yazıçı qədim yazıları oxuyub onu romandakı xəzinəyə apara bilər. Hadisənin şahidi olan Alan isə yalnız kitablarda deyil, gerçəklikdə də igid olduğunu sübut etmək üçün yazıçının köməkçiləri ilə xilasetmə planı qurur və Lorettin ardınca yola düşür.
«İtirilmiş şəhər» (The Lost City) adlı ABŞ istehsalı olan bu komediya filmi 2022-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissorları Adam Ni və Aaron Nidir. Rollarda Rayan Cudd, Reymond Li, Omar Paten və Aleks Şonouer çəkiliblər.
«İtirilmiş şəhər» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın