
Nindza 2
Keysi Boumen Yaponiyada məskunlaşaraq Koqa docosunda dərs deyir və hamilə xanımı Namiko ilə birlikdə ilk övladlarının yolunu gözləyir. Həyat yoldaşına hədiyyə almağa çıxan Keysi küçə quldurlarının hücumuna tuş gəlir. Həmin gecə Namikonun amansızcasına qətlə yetirilməsi isə döyüş ustasının bütün nizamını alt-üst edir.
Keysi ona hücum edən cinayətkarları tapsa da, qətllə bağlı heç bir ipucu əldə edə bilmir. Qisas almaq qərarına gələn qəhrəman yaxın dostunun yanına, Tailanda yola düşür. Oradakı tələbələrdən biri Namiko kimi eyni üsulla öldürüldükdə, Keysi arvadının qatilini tapmaq üçün Birma cəngəlliklərinə aparan izin üstünə çıxır.
ABŞ istehsalı olan «Nindza 2» triller filmi rejissor Ayzek Florentayn tərəfindən çəkilib. Ekran işi 2013-cü ildə işıq üzü görüb. Əsas rollarda Kasem Poungkaew, Ron Smurenburq, Yasuhiko Miyauti və Patrik Tanq çəkiliblər.
«Nindza 2» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2013
- Ölkə
- ABŞ
- Rejissor
- Ayzek Florentayn
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Любительский (двухголосый закадровый)
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın