
Hipnotik
Polis detektivi Denni Rurk ağır sınaq qarşısındadır: onun yeddiyaşlı qızı naməlum şəkildə oğurlanıb. Cinayətkar yaxalansa da, balaca qızın izinə düşmək mümkün olmur. Yaşadığı böyük kədərlə mübarizə aparmağa çalışan təcrübəli xəfiyyə psixoterapevt seanslarına getməyə məcbur qalır.
Həyatına davam etmək istəyən Denni və onun tərəfdaşı gözlənilən bank qarəti ilə bağlı növbəti xəbərdarlıq alırlar. Hadisə yerinə gələn Rurk diqqət çəkən bir adam görür. Həmin şəxs xüsusi kod sözlərdən istifadə edərək ətrafdakı insanların zehnini ələ keçirir və onları qarət törətməyə sövq edir.
«Hipnotik» adlı elmi-fantastik triller filminin quruluşçu rejissoru Robert Rodrigesdir. ABŞ, Böyük Britaniya və Kanada istehsalı olan ekran əsəri 2023-cü ildə təqdim edilib. Baş rolları Ben Afflek, Ceki Erl Heyli, Kelli Fray və Kerrik O’Kuin canlandırıblar.
«Hipnotik» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- ABŞ, Böyük Britaniya, Kanada
- Rejissor
- Robert Rodriqes
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Кириллица
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın