
Qan intiqamı
İnterpol əməkdaşı Alan O`Konnor axtarış sahəsində ən təcrübəli mütəxəssislərdən biri sayılır. Məxfi əməliyyatı davam etdirmək üçün o, ailəsi ilə birlikdə doğma şəhərindən uzaqlaşmalı olur. Alan komandası ilə birlikdə uzun müddətdir ki, insan alveri və digər ağır cinayətlərlə məşğul olan gizli bir cinayətkar şəbəkəsinin rəhbərini təqib edir. Bu şəxs o qədər ehtiyatlıdır ki, hətta tabeliyində çalışanlar belə onun kimliyini bilmirlər.
İzlənildiyini başa düşən təhlükəli qatil qabaqlayıcı addım ataraq agentin həyat yoldaşını və qızını qətlə yetirir. Doğmalarını itirən O`Konnor qatildən qisas almaq üçün hər şeyi gözə alır və qanunların sərhədlərini aşaraq təkbətək mübarizəyə başlayır.
«The Hard Hit» döyüş filmi 2023-cü ildə ABŞ-da lentə alınıb. Layihənin rejissor kürsüsünü Darien Smit və Omi Blu bölüşür, baş rollarda isə Markis Mur, Florens Ordeş, Cerri C. Andjelo və Trae Ayrled çəkiliblər.
«Qan intiqamı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Darien Smit, Omi Blu
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar çoxsəsli
- Müddət
- 76 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın