
Agent Vinod
Özbəkistanda keçmiş DTK zabitinin qətlə yetirilməsi nəhəng gücə malik portativ nüvə silahı barədə məlumatların üzə çıxmasına səbəb olur. Həmin ərəfədə Rusiyada rusiyalı bankir Əbu Nəzərin mühafizəçisi kimi fəaliyyət göstərən digər bir gizli kəşfiyyatçı həyatını itirir. O, ölümündən qabaq Hindistan hərbi kəşfiyyatının qərargahına yalnız yarımçıq şifrə və naməlum «242» kodunu ötürə bilir.
İstintaqı aparmaq tapşırığı xüsusi xidmət əməkdaşı Vinoda həvalə edilir. Rusiyaya yollanan casus öyrənir ki, Əbu Nəzər Hindistana qarşı terror aksiyası törətmək üçün Mərakeşə əlli milyon dollar göndərib. İzlə Mərakeşə gedən Vinod burada cinayətkar qruplaşmanın rəhbəri və özünü həkim kimi təqdim edən Pakistan kəşfiyyatının gizli qadın agenti ilə qarşılaşır.
Rejissor Şriram Raqxavanın 2012-ci ildə çəkdiyi «Agent Vinod» filmi Hindistan istehsalıdır. Ekran əsərində baş rolları Saif Əli Xan, Karina Kapur, Ravi Kişan və Racat Kapur canlandırıb.
«Agent Vinod» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 mart 2012
- Ölkə
- Hindistan
- Rejissor
- Şriram Raqhavan
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 157 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın