
Günahsız
Xüsusi xidmət orqanlarındakı keçmiş fəaliyyətini arxada qoyan Ayteç doğma Qafqaz dağlarında meşəbəyi kimi çalışır. O, vaxtilə özünün də oxuduğu Moskva şəhərinə qardaşı oğlu Azamatın təhsil almağa getməsi üçün ailəsini yola gətirir. Lakin paytaxta yollanan gənc orada qətlə yetirilir.
Baş verənlərə görə daxilən böyük günahkarlıq hissi keçirən və nəsillərinin tələbi ilə qatili cəzalandırmaq istəyən keçmiş zabit Moskvaya yola düşür. Ayteç gəncin nə səbəbə öldürüldüyünü və cinayətkarın necə belə bir qəddara çevrildiyini öyrənməlidir. İndi o, qan davası ənənələri, rəsmi qanunlar və öz vicdanı arasında ağır bir seçim etmək məcburiyyətində qalır.
«Günahsız» («Невиновен») filmi 2019-cu ildə Rusiya istehsalı olaraq rejissor Andzor Yemkuj tərəfindən lentə alınıb. Döyüş və dram janrındakı layihənin baş rollarında Əhməd Xamurzov, Timur Ketençiyev, Janetta Txşuqoyeva və Tatyana Drojjina çəkiliblər.
«Günahsız» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 noyabr 2019
- Ölkə
- Rusiya
- Rejissor
- Andzor Yemkuj
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 78 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın