
Detektiv Çen
Müqəddəs Martin məktəbində yüksəkrütbəli hərbçinin oğlunun müəmmalı şəkildə həyatını itirməsi böyük səs-küyə səbəb olur. Hadisənin araşdırılması Şanxay polisinin yeni kapitanı Çen Huya həvalə edilir. Dəlilləri bilavasitə hadisə yerində toplamaq istəyən hüquq-mühafizə orqanı əməkdaşı təhsil ocağına sıravi şagird qismində daxil olur.
Ömründə dərslərə həvəsi olmayan polis işçisi üçün parta arxasında oturmaq heç də asan başa gəlmir. O, bir tərəfdən məktəb qaydalarına və gülməli vəziyyətlərə dözməli, digər tərəfdən isə cinayəti törədən şübhəliləri müəyyənləşdirmək üçün araşdırmasını davam etdirməlidir.
«Detektiv Çen» filmi 2022-ci ildə Çində istehsal edilib. Döyüş və komediya janrlarını birləşdirən ekran əsərinin rejissoru və baş rol ifaçısı Eşton Çendir. Layihədə həmçinin Kolin Çou, Norman Çu və Hao Şaoven çəkiliblər.
«Detektiv Çen» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın