
Döyüşçü
Tibb fakültəsini yeni bitirmiş Satya anası və bacısı ilə birlikdə Karnul şəhərinə köçərək dövlət xəstəxanasında həkim işləməyə başlayır. Tezliklə o, şəhərdə böyük nüfuza sahib olan cinayətkar Quru və onun saxta tibbi məhlullar istehsal edən şirkəti ilə üzləşir. Təhlükəli dərman ucbatından üç uşaq həyatını itirsə də, polis Quruya qarşı addım atmağa cəsarət etmir. Satya dəlillərlə rəsmi şikayət verəndə cinayətkar dəstə gənc həkimi ağır şəkildə döyərək asmağa cəhd edir. Baş həkimin köməyi ilə sağ qalan Satya ailəsini götürüb şəhərdən uzaqlaşır.
İki il sonra Satya Karnula polis rəisinin müavini rütbəsində qayıdır. Həkim xalatını polis mundirinə dəyişən gənc zabit bu dəfə Quruya və onun qruplaşmasına qarşı qanun çərçivəsində sərt mübarizəyə başlayır.
«Döyüşçü» (The Warriorr) döyüş filmi 2022-ci ildə Hindistanda istehsal olunub. Ekran əsərinin rejissoru N. Linqasvamidir, baş rolları isə Ram, Ovais Sinqstar, Aadhi və Kriti Şetti canlandırıblar.
«Döyüşçü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 iyul 2022
- Ölkə
- Hindistan
- Rejissor
- N. Linqasvami
- Keyfiyyət
- 720p
- Tərcümədə
- OnisFilms, Crazy Cat studio
- Müddət
- 155 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın