
Aaradugula Bullet
Şiva günlərini vecsiz keçirən, heç yerdə işləməyən gənc bir oğlandır. Bütün xərclərini atası Murti qarşılayır və oğlunun məsuliyyətsiz davranışları, küçə davalarına qarışması atanı bərk narahat edir. Bununla belə, Şiva doğmalarına dərindən bağlıdır. Çox keçmədən onun həyatına Nayana adlı gənc qız daxil olur və aralarında hisslər yaranır.
Lakin şəhərdə nüfuzlu cinayətkar Kaşi peyda olandan sonra sakitlik pozulur. Bu təhlükəli adamın əməlləri birbaşa Şivanın ailəsini hədəfə alır. Ailəsini qorumaq üçün gənc oğlan təhlükəli mafiya başçısına qarşı durmalı olur.
Hindistan istehsalı olan «Aaradugula Bullet» döyüş filmi 2021-ci ildə işıq üzü görüb. Ekran əsərinin baş rollarında Tottempudi Qopiçand və Brahmanandam çıxış ediblər.
«Aaradugula Bullet» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın