
Dünkerk
Fransada gedən döyüşlər zamanı zabitin həlak olmasından sonra ingilis əsgərlərinin məsuliyyəti gənc kapralın üzərinə düşür. Əvvəllər hərbi xidmətə laqeyd yanaşan bu hərbçi indi tabeliyindəki insanları sağ-salamat İngiltərəyə çatdırmağın yollarını axtarmalı olur.
Eyni zamanda Dünkerk sahillərində sıxışdırılmış Britaniya və Fransa qoşunlarının xilası üçün «Dinamo» əməliyyatına başlanılır. Bu təxliyə prosesinə təkcə hərbçilər deyil, öz qayıqları ilə dənizə çıxan çoxlu sayda mülki Britaniya vətəndaşı da cəlb edilir.
1958-ci ildə Böyük Britaniyada istehsal olunmuş «Dunkirk» filmi real tarixi hadisələrə əsaslanır. Hərbi dram janrındakı ekran əsərinin rejissoru Lesli Normandır. Əsas rolları Con Mills, Riçard Attenboro, Bernard Li və Robert Erkart canlandırıblar.
«Dünkerk» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 mart 1958
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Lesli Norman
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 135 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın