
Cek və Deniel
Cek gündüzlər iş adamı kimi fəaliyyət göstərir, gecələr isə məharətli oğruya çevrilir. O, əsas hədəf kimi qanunsuz yollarla varlanan nüfuzlu şəxsləri və rüşvətxor dövlət məmurlarını seçərək onların gizli sərvətlərini ələ keçirir.
Yerli polisin oğrunu tapmaq cəhdləri boşa çıxanda təhqiqat işi təcrübəli və dürüst zabit Deniel Aleksandr tapşırılır. Müfəttiş bu qanun pozucusunu dayandırmaq qərarına gəlir və beləliklə, təcrübəli xəfiyyə ilə hiyləgər soyğunçu arasında ağıl mübarizəsi başlayır.
2019-cu il istehsalı olan «Jack & Daniel» filmi Hindistan kinematoqrafçıları tərəfindən döyüş və triller janrında çəkilib. Ekran əsərinin rejissoru Cayasuryadır, əsas rolları isə Dilip, Arcun, Asokan və Ponnamma Babu canlandırıb.
«Cek və Deniel» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın