
Qanlı cümə axşamı
Keçmiş narkotik alverçisi Keysi qaranlıq keçmişini unudaraq Los-Ancelesdən Hyustona köçür. O, xarici görkəmini və həyat tərzini dəyişərək ətrafdakılar üçün sıravi, qanunlara tabe olan adi vətəndaşa çevrilir. Lakin sakit günlər qapını keçmiş şəriki döyənə qədər davam edir.
Köhnə dostu şəhərə külli miqdarda heroin gətirir və onu sonuncu gəlirli sövdələşməyə cəlb etməyə çalışır. Bu gözlənilməz görüş Keysinin qurduğu dinc dünyanı alt-üst edir və onu yenidən ölüm təhlükəsi ilə üz-üzə qoyur. Nəticədə qəhrəman həyatda qalmaq üçün unumağa çalışdığı təhlükəli keçmişi ilə üzləşməli olur.
ABŞ istehsalı olan «Qanlı cümə axşamı» (Thursday) filmi 1998-ci ildə rejissor Skip Vuds tərəfindən çəkilib. Baş rolları Tomas Ceyn, Aaron Ekxart, Pavlina Porjizkova və Ceyms Leqro canlandırıblar.
«Qanlı cümə axşamı» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın