
Mükəmməl plan
Müxtəlif cinayət sahələrində təcrübə toplamış dörd nəfər qapalı yeraltı sığınacaqda gözlərini açır. Seyf mütəxəssisi Keyt, nüfuzlu Qreyson, oğru Maqdalen və qıfılları açan Roun nə baş verdiyini anlamağa çalışır. Çox keçmir ki, onları kameradan izləyən Teo adlı cinayətkar tərəfindən qaçırıldıqları aydınlaşır.
Məkanın hər an partlaya biləcək bomba ilə təchiz edilməsi dustaqları onun şərtlərini qəbul etməyə məcbur qoyur. Sağ qalmaq istəyən dəstə məhdud vaxt ərzində almazların oğurlanmasını ən xırda detallarına qədər planlaşdırmalı və məşq etməlidir.
«A Perfect Plan» trilleri Kanadada istehsal olunub və 2020-ci ildə nümayişə çıxarılıb. Ekran əsərinin rejissoru Cessi D. Aykmendir. Əsas obrazları Ketlin Manro, Karlo Rota, Giya Sandxu və Uilyam Forsayt canlandırıblar.
«Mükəmməl plan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 may 2020
- Ölkə
- Kanada
- Rejissor
- Cessi D. Aykmen
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС, English
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın