
Kvant fizikası
Li Çxan-u uzun müddət can atdığı arzusuna çataraq dəbli bir gecə klubu açır. Bu məqsəd naminə o, vaxtilə cinayətkar qruplarla da şərik olub. Müəssisəyə etibarlı heyət toplayan Li populyar kvant fizikası kitablarına əsaslanaraq insanlarla eyni dalğada olmağın vacibliyinə inanır.
Lakin açılışdan qısa müddət sonra klub sahibi öyrənir ki, məşhur bir reper onun məkanında qanunsuz maddələr qəbul edir. Qanunların sərt olduğu ölkədə vəziyyətdən çıxış yolu kimi o, məsələni tanıdığı jurnalistə bildirmək qərarına gəlir. Lakin bu addım prokurorluq orqanlarının da prosesə qarışması ilə gözlənilməz problemlər zəncirinə yol açır.
Cənubi Koreya istehsalı olan «Kvant fizikası» kriminal döyüş filmi 2019-cu ildə çəkilib. Ekran əsərinin rejissoru Li Son-the, baş rol ifaçıları isə Pak He-su, So Ye-ci, Kim San-ho və Kim In-sudur.
«Kvant fizikası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 sentyabr 2019
- Ölkə
- Cənubi Koreya
- Rejissor
- Li Son-te
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Колобок
- Müddət
- 119 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın