
Çin sülhməramlıları
BMT-nin Çin sülhməramlı dəstəsi hərbi əməliyyatların getdiyi Afrika kəndinə yollanır. Silahlılar yerli sakinləri və xarici həkimi daxilində vaxt mexanizmli bomba quraşdırılmış xəstəxanada girov saxlayırlar. Çavuş Çen Çjiqo insanları azad edib saat mexanizmini dayandırmağı bacarsa da, baş verən partlayış nəticəsində həlak olur.
Hücumun səbəblərini araşdırmaq leytentant Sofiyə tapşırılır. O, bu işə təcrübəli hərbçi Du Feni cəlb edir. Həkimin verdiyi məlumat əsasında Du Fenin rəhbərlik etdiyi xüsusi qrup terrorçuların izinə düşmək və yeni təhlükənin qarşısını almaq üçün təhlükəli əraziyə doğru irəliləyir.
«Çin sülhməramlıları» (Zhong guo lan kui) filmi 2018-ci ildə Çində istehsal olunub. Döyüş janrında çəkilən ekran əsərinin rejissoru Nin Haytsyan, baş rolun ifaçısı isə Süy Xunhaodur.
«Çin sülhməramlıları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 iyun 2018
- Ölkə
- Çin
- Rejissor
- Nin Haytsyan
- Janr
- Keyfiyyət
- CAM
- Tərcümədə
- Колобок, Студия Колобок
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın