
Annadurai
«Annadurai» filmi bir-birinə bənzəsələr də, xaraktercə tamamilə fərqli olan əkiz qardaşların hekayəsindən bəhs edir. Böyük qardaş Annadurai sevdiyi qadını avtomobil qəzasında itirdikdən sonra ağır depressiyaya düşür və təsəllini spirtli içkilərdə axtarmağa başlayır. Kiçik qardaş Thambidurai isə məktəbdə bədən tərbiyəsi müəllimi işləyir, ailənin toxuculuq dükanında atasına kömək edir və toyuna hazırlaşır.
Annadurainin içki asılılığı ailəni böyük bir fəlakətlə üz-üzə qoyur. Növbəti sərxoş dava ölümlə nəticələnir və böyük qardaş həbsxanaya göndərilir. Baş verən bu hadisə hər kəsin planlarını alt-üst edərək ailə üzvlərinin həyatını birdəfəlik dəyişir.
2017-ci ildə Hindistanda istehsal olunmuş bu dramatik döyüş filminin rejissoru C. Srinivsandır. Ekran əsərində əsas rolları Vijay Entoni, Diana Champika, Jewel Mary və Radha Ravi canlandırıblar.
«Annadurai» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 noyabr 2017
- Ölkə
- Hindistan
- Rejissor
- C. Srinivasan
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər)
- Müddət
- 129 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın