
Masterpiece
Travankor kollecində oxuyan tələbələr iki barışmaz qrupa bölünüb və daim bir-biri ilə əlbəyaxa davaya çıxırlar. Şəhərciyin ərazisində Vedhika adlı gənc qızın meyiti tapıldıqdan sonra vəziyyət daha da gərginləşir. Əsas şübhəli sayılan tələbə həbs edilir, lakin çox keçmədən onun polis kamerasında ölü tapılması gəncləri ayağa qaldırır və asayiş keşikçiləri ilə toqquşmalara yol açır.
Bütün bu qarışıqlığın ortasında təhsil ocağına yeni ingilis dili müəllimi gəlir. Edvard Livinqston kollecdəki intizamsızlığa son qoymağa və baş verən müəmmalı hadisələrin arxasındakı həqiqəti üzə çıxarmağa qərar verir.
Hindistan istehsalı olan «Masterpiece» triller filmi 2017-ci ildə nümayiş olunub. Ekran əsərinin rejissoru Acay Vasudevdir. Baş rolları Mamutti, Varalaksmi Sarathkumar, Kalabhavan Şacon və Unni Mukundan canlandırıblar.
«Masterpiece» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 dekabr 2017
- Ölkə
- Hindistan
- Rejissor
- Acay Vasudev
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər)
- Müddət
- 160 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın