
Marudhu
Racapalayam şəhərindən olan Marudhu adi fəhləliklə dolanır. Onu təkbaşına böyüdən nənəsi gəncin həyatında ən dəyərli insandır. Məbəddə təsadüfən rastlaşdığı Bhaqyalakşmi adlı qıza aşiq olan Marudhunun bu hisslərini nənəsi də bəyənir və onu nəvəsi üçün ən münasib namizəd hesab edir.
Lakin qızın ailəsi böyük təhlükə ilə üz-üzə qalır. Bhaqyalakşminin vəkil işləyən atası yerli kriminal avtoritetin qəddar köməkçisi Roleks Pandiyana qarşı məhkəmə işi aparır. Cinayətkarlar ailəni qorxutmaq üçün ata və qızın həyatına qəsd etməyə başlayanda, Marudhu onları qorumaq məqsədilə cinayətkar qruplaşmaya qarşı mübarizəyə qoşulur.
«Marudhu» döyüş dramı 2016-cı ildə Hindistanda istehsal olunub. Filmin rejissoru M. Muthaiahdır. Baş rolları Vişal, Sri Divya, R.K. Suresh və Kulappulli Leela canlandırıblar.
«Marudhu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 may 2016
- Ölkə
- Hindistan
- Rejissor
- M. Muthaiah
- Keyfiyyət
- 720p
- Tərcümədə
- OnisFilms
- Müddət
- 146 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın