
Machine
Nüfuzlu iş adamının varlı qızı Sara vaxtını avtomobil yarışlarında keçirməyi çox sevir. O, təhsil aldığı yerdə özü kimi bacarıqlı yarışçı olan yeni tələbə Ranşla tanış olur. Eyni zamanda Saranın dostu Aditya ona qarşı gizli hisslər bəsləyir, lakin sevgisini etiraf etməyə macal tapmadan qəzada həyatını itirir.
Kədər içində olan gənc qıza bu çətin anlarda məhz Ranş dayaq durur. Onların arasındakı yaxınlıq qısa müddətdə sevgiyə çevrilir. Qızın atasının da razılığı ilə cütlük ailə həyatı qurmaq qərarına gəlir.
2017-ci ildə çəkilmiş Hindistan istehsalı olan «Machine» filminin rejissorları Abbas Alibhay Burmawalla və Mastan Alibhay Burmawalladır. Baş rolları Kiara Advani, Mustafa Burmawalla, Rishabh Arora və Shabbir Burmawalla canlandırıblar.
«Machine» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın