
Jaya Janaki Nayaka
Qaqan atası və qardaşı ilə birlikdə qayğısız bir ömür sürür. Günlərin birində gənc oğlan Canaki adlı qızı nazir oğlunun təqiblərindən qoruyur. Bu hadisə onları bir-birinə yaxınlaşdırır və gənclər arasında ilk baxışdan güclü bir sevgi yaranır.
Lakin Canakinin atası bu münasibəti bəyənmir və sevgililər ayrılmaq məcburiyyətində qalırlar. Qısa müddət sonra qızın ailəsi yerli iş adamının göndərdiyi quldurların hücumuna məruz qalır. Həmin toqquşmada ağır güllə yarası alan Qaqan bütün təhlükələrə rəğmən sevdiyi qadını və onun yaxınlarını yenidən müdafiə edir.
2017-ci ildə Hindistanda istehsal olunmuş «Jaya Janaki Nayaka» filmi döyüş və melodram janrlarını birləşdirir. Ekran əsərinin quruluşçu rejissoru Boyapati Srinudur. Baş rolları Sai Srinivas Bellamkonda, Caqapati Babu, Tarun Arora və Çalapathi Rao canlandırıblar.
«Jaya Janaki Nayaka» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 avqust 2017
- Ölkə
- Hindistan
- Rejissor
- Boyapati Srinu
- Keyfiyyət
- 720p
- Tərcümədə
- FanStudio
- Müddət
- 149 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın