
Böyük ata
Uğurlu iş adamı Devid Naynan həkim həyat yoldaşı Mişel və on yaşlı qızı Sara ilə birlikdə Koçi şəhərində yaşayır. Bir gün ata qızını evin yaxınlığında ağır yaralanmış və huşsuz vəziyyətdə tapır. Xəstəxanada özünə gələn Saranın Coqer ləqəbli amansız bir seriyalı cinayətkarın qurbanı olduğu üzə çıxır.
Polis orqanlarının başladığı istintaq müstəntiqlərdən birinin həlak olmasından sonra çıxılmaz vəziyyətə düşür. Bu mürəkkəb işin araşdırılması xəfiyyə Endryus İpenə tapşırılır. Lakin qızının intiqamını almaq istəyən Devid rəsmi ədaləti gözləməkdən imtina edərək canini təkbaşına axtarmağa qərar verir.
«The Great Father» adlı Hindistan istehsalı olan bu döyüş və triller filmi 2017-ci ildə nümayiş olunub. Ekran əsərinin quruluşçu rejissoru Hanif Adenidir. Baş rolları Mammutti, Arya, Snexa və Anikha Surendran canlandırıb.
«Böyük ata» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 mart 2017
- Ölkə
- Hindistan
- Rejissor
- Hanif Adeni
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 151 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın